Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
BUTA.TV xəbər verir ki, hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyean 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsində yekun qərar elan olunub.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.
- Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
- “28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - Video
- Bakının əsas küçə və prospektləri yuyuldu - Foto
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək
- Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
- Sabahın havası: Bakıda külək, rayonlarda leysan...
- Polis Masallıda əməliyyat keçirdi: 9 kq narkotik aşkarlandı
- Zubir “Qarabağ”dan ayrıldı