Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, müəyyən edilib ki, hadisə 3 noyabr 2025-ci il tarixdə baş verib.
Görüntüdəki şəxs əvvəllər Rusiya Federasiyasında bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş 1982-ci il təvəllüdlü Həsənov Fikrət Arif oğludur.
O, uzun müddət Rusiyada yaşayıb, ümumiyyətlə hərbi xidmət keçməyib, onun qazi, müharibə iştirakçısı kimi təqdim olunması iddiaları tamamilə əsassızdır.
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
Fikrət Həsənov sonuncu dəfə 2024-cü ildə Bakı şəhərində külli miqdarda narkotik vasitə satışı ilə əlaqədar saxlanılaraq barəsində cinayət işi başlanılıb, özü də narkotik asılılığından əziyyət çəkdiyindən məhkəmənin qərarı ilə məcburi müalicə mərkəzinə yerləşdirilib.
3 noyabr 2025-ci il tarixdə Fikrət Həsənov kəsici alət əldə edərək xəstəxananın tibbi personalının həyat və sağlamlığı üçün təhlükəli davranış nümayiş etdirdiyindən məsul həkimin çağırışı əsasında orada xidmət aparan polis əməkdaşları tərəfindən müdaxilə edilərək hərəkətlərinin qarşısı alınıb.
İnsidentin qarşısı alınarkən lazımsız güc tətbiq etmiş polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparılıb, onlar daxili işlər orqanlarından xaric olunaraq barələrində müvafiq tədbirlər görülüb.
- Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi
- Leyla Əliyeva İbrahim Ailə Evini ziyarət etdi
- DİN yayılan görüntülərə aydınlıq gətirdi
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi