"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 8 fevral 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15 min 119 şəxs barəsində tətbiq olunub.
Bu barədə BUTA.TV-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildiriib ki, amnistiya tətbiq olunan şəxslərin 5 min 148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8 min 914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə)
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Amnistiya tətbiq olunmuş şəxslərdən 1 min 216-sı böyük ictimai təhlükə törətməyən, 13 min 54-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14 min 345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.
Amnistiya aktının icrası davam etdirilir.
- Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
- Bardənin üç kəndində qaz olmayacaq
- Sabahın havası: Bakıda külək, rayonlarda leysan...
- Polis Masallıda əməliyyat keçirdi: 9 kq narkotik aşkarlandı
- Azərbaycan XİN Lixtenşteyni təbrik etdi - Foto
- Zubir “Qarabağ”dan ayrıldı
- Bölgələrdə leysan yağır, şimşək çaxır
- Xaçmazda iki ata övladını bıçaqladı