Azərbaycanda qanunvericiliyə əsasən GMO məhsullarının istehsalı və ölkəyə idxalı qadağandır. Lakin dünyada GMO məsələsinə münasibət birmənalı deyil. Mən ABŞ-da alimlərlə aparılan müzakirələrdə də bunun şahidi olmuşam – bu mövzu üzrə elmi ictimaiyyət bir neçə mövqeyə bölünür.
BUTA.TV xəbər verir ki. bu sözləri AMEA-nın müxbir üzvü, professor, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov Teleqraf-a geniş müsahibəsində deyib.
O bildirib ki, bəzi alimlər çıxış yolu olmadığını və GMO texnologiyalarına müraciətin qaçılmazlığını iddia edir:
“Çünki dünya əhalisinin tələbatı sürətlə artır. Məsələn, ABŞ-ın müvafiq aqrar və ərzaq təhlükəsizliyi üzrə ekspertlərinin statistik məlumatlarına görə, aqrar sahədə innovasiyalar indiki səviyyədə qalsa, 2050-ci ildə dünya əhalisini ərzaqla təmin etmək mümkün olmayacaq. Həmin vaxta qədər planet əhalisinin sayının təxminən 10 milyarda yaxınlaşacağı proqnozlaşdırılır. Məhz bu səbəbdən GMO tərəfdarlarının sayı dünyada getdikcə artır.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Bizim mövqeyimiz ondan ibarətdir ki, heç olmasa, elmi-tədqiqat məqsədilə bu sahədə araşdırmalara imkan yaradılmalıdır. Dövlət hansı qərarı qəbul edərsə, biz də fəaliyyətimizi həmin qərara uyğun quracağıq. Ümumilikdə isə qeyd etmək lazımdır ki, dünyada GMO məhsullarına münasibət hələ də yekdil deyil və bu mövzu geniş elmi müzakirə predmetidir”.
- Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
- Bardənin üç kəndində qaz olmayacaq
- Sabahın havası: Bakıda külək, rayonlarda leysan...
- Polis Masallıda əməliyyat keçirdi: 9 kq narkotik aşkarlandı
- Azərbaycan XİN Lixtenşteyni təbrik etdi - Foto
- Zubir “Qarabağ”dan ayrıldı
- Bölgələrdə leysan yağır, şimşək çaxır
- Xaçmazda iki ata övladını bıçaqladı