43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi

15:52 - 9 Fevral 2026 - GÜNDƏM

 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi

Keçən il 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" əksini tapıb.

Qeyd edilib ki, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.

2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə bələdiyyələri üzrə bütün aktlar qanunvericiliyin tələbinə uyğun olaraq "Bələdiyyələrlə iş" informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmişdir. O cümlədən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin də aktlarının informasiya sisteminə yerləşdirilməsi təmin olunub. Bununla da bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.

Bu xəbər hal-hazırda çox oxunur
Son 47 ildə ilk: Xamenei görüşə getmədi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol