Fevralın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Neftçala, Xızı, Qusar, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Kəlbəcər, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
- Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
- Bardənin üç kəndində qaz olmayacaq
- Sabahın havası: Bakıda külək, rayonlarda leysan...
- Polis Masallıda əməliyyat keçirdi: 9 kq narkotik aşkarlandı
- Azərbaycan XİN Lixtenşteyni təbrik etdi - Foto
- Zubir “Qarabağ”dan ayrıldı
- Bölgələrdə leysan yağır, şimşək çaxır
- Xaçmazda iki ata övladını bıçaqladı