Tərtər hadisələrinin baş verdiyi dövrdə adı çəkilən hərbi hissə Bərdə korpusuna (1-ci Ordu Korpusu – red.) tabe olub və ona görə həmin proseslərdə korpusun komandiri kimi Hikmət Həsənovun adı hallanır.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Tərtər hadisələrində general-mayor Hikmət Həsənovun adının hallanmasının səbəbini izah edərkən bildirib.
Onun sözlərinə görə, hadisələrlə bağlı mövcud olan şahid ifadələrində də Hikmət Həsənovun adı tez-tez çəkilir:
“Şahidlər ifadələrində Hikmət Həsənovu hadisələrin baş verdiyi ərazidə gördüklərini bildiriblər. Keçirilən məhkəmə iclaslarında da dəfələrlə Hikmət Həsənovun adına istinad olunub. Bu baxımdan məsələyə hüquq-mühafizə orqanları, xüsusilə Hərbi Prokurorluq və Baş Prokurorluq tərəfindən konkret və aydın hüquqi qiymət verilməlidir”.
Ekspertin fikrincə, Tərtər hadisələri ilə bağlı araşdırmalar hələ uzun illər davam edəcək:
“Artıq 19 nəfərə bəraət verilib və bu şəxslər barəsində ittiham aktlarını imzalayan prokurorlar, həmin ittihamları məhkəmədə müdafiə edən dövlət ittihamçıları və qərar çıxaran hakimlər hüquqi məsuliyyət daşımalıdırlar. Çünki həmin şəxslər illərlə həbsdə saxlanılıb, həm özləri, həm də ailə üzvləri ciddi çətinliklərlə üzləşiblər. Məhz bu səbəbdən Tərtər hadisələri cəmiyyət üçün hələ uzun müddət müzakirə mövzusu olaraq qalacaq”.
- Türkan Gündüzü qətlə yetirən ərinə hökm oxundu
- Xəzərin sahilində quş cəsədləri aşkarlandı - Video
- Ağamalının xanımı: Müayinə üçün getmişdi, dünyasını dəyişdi
- Bakıda restoranı yandıran daha bir şəxs saxlanıldı
- Azərbaycanda şiferlər qadağan edilir
- Azərişıq ASC-nin yaranmasının 11 ili tamam olur
- Sabah Bakıya qar yağacaq
- Tərtərdə ağır qəza: ölən var - Foto