Şərurda qardaşı oğlu İbrahim Əbülfəz oğlu İbrahimovu öldürməkdə təqsirli bilinən, 1971-ci il təvəllüdlü Cabir İbrahim oğlu İbrahimov 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə hökm Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, Cabir İbrahimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında Şərur rayonun Aşağı Daşarx kəndində baş verib.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
İttihama görə, İbrahim İbrahimovla əmisi Cabir İbrahimov arasında əvvəllər də bir neçə dəfə şəxsi münasibətlər zəmnində mübahisə olub. Onlar arasında sonuncu mübahisə yolda avtomobillə hərəkətdə olarkən ötmə manevrləri zamanı yaşanıb. Belə ki, onlar avtomobili saxlayan zaman Cabir İbrahimov mismarçıxaran çəkici götürərək qardaşı oğlu İbrahim İbrahimovun üzərinə gedib, daha sonra bu alətlə ona bir neçə dəfə başından zərbə endirib.
Cabir İbarhimov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
- Azərbaycan XİN Lixtenşteyni təbrik etdi - Foto
- Zubir “Qarabağ”dan ayrıldı
- Bölgələrdə leysan yağır, şimşək çaxır
- Xaçmazda iki ata övladını bıçaqladı
- Bakı metrosunda intervallar azaldılır, yeni hərəkət sxemi...
- Maşınını park edib getmişdi, başına iş gəldi - Video
- Zəyəmçay özü ilə zir-zibil gətirir... - Bu görüntülər gündəm oldu
- Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi