Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad şəhərində 1 nəfərin üzərinə ağacın aşması nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 1966-cı il təvəllüdlü Anaxanım Sənhan qızı Əhmədovanı xilas ediblər.
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi
- Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi - Foto
- 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
- Bu rayonlara qar yağdı