Prezidentin ali xüsusi rütbə verdiyi Orxan Nəzərli kimdir?

16:32 - 12 Fevral 2026 - GÜNDƏM

 Prezidentin ali xüsusi rütbə verdiyi Orxan Nəzərli kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

BUTA.TV xəbər verir ki, sərəncama əsasən, Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərli “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsinə layiq görülüb.

O.Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. O, 2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

2018-ci ildə isə vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Bu xəbər hal-hazırda çox oxunur
DTX Əli Kərimlinin evində... - Video

O.Nəzərli 2019-cu ildən etibarənVergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib.

Prezidentin 6 may 2021-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol