Heydər Əliyev Fondu, “PASHA Holding” və “PMD Projects”in təşkilatçılığı ilə Azərxalça ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb.
Bu barədə BUTA.TV-a Azərxalça ASC-dən məlumat verilib.
Bildirilib ki, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan xalça İsmayıllı emalatxanasında toxunaraq başa çatdırılıb, ikinci mərtəbə üçün hazırlanan xalça isə Azərxalça ASC-nin Şabran emalatxanasında toxunub.
Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim prosesində Leyla Əliyeva iştirak edib. Daha əvvəl Leyla Əliyeva İsmayıllı emalatxanasına baş çəkərək xalça ilə yaxından tanış olub, toxucularla vaxt keçirib və bu tarixi əsərin bir hissəsinə çevrilərək xalçaya ilmə atıb. Kəsim mərhələsində isə xalçanın son ilmələri məhz Leyla Əliyeva tərəfindən vurulub.
Xatırladaq ki, “Qarabağ” qrupuna aid olan və “Xətai” xalçasının elementlərini özündə birləşdirən bu nadir əsərin əsas toxunma prosesi İsmayıllı emalatxanasında həyata keçirilib. Toxunma prosesində 150 toxucu xanım tərəfindən təxminən 60 milyon ilmə atılıb. Möhtəşəm əsərin toxunmasına 2024-cü il dekabrın 16-da başlanılıb.
Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda dəzgah sifariş edilib. İki mərtəbədən ibarət bu dəzgah xaricdən dəvət olunmuş mütəxəssislər qrupu tərəfindən məhz Azərxalça ASC üçün hazırlanıb.
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb