Bakıda işıqforlarda saniyəölçən tabloların tədricən yığışdırılmasının səbəbi açıqlanıb.
BUTA.TV xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Report-a verilən açıqlamada təhlillərə əsasən işıqforlarda rəqəmli tablolar olduğu zaman bəzi sürücülərin yaşıl işığın sönməsinə qısa müddət qaldıqda uzaq məsafədən sürəti artıraraq kəsişmədən keçməyə cəhd etdiyi bildirilib.
"Bu cür davranışlar yollarda qəza riskinin artmasına, piyada keçidlərində isə piyadavurma hallarına səbəb olur. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu hallar az müşahidə edilir. Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə işıqforlar quraşdırılarkən rəqəmli tablolardan istifadə edilmir", - məlumatda vurğulanıb.
- Sabah güclü külək olacaq - Xəbərdarlıq
- Nazir Rövşən Fətullayevi müdir təyin etdi
- Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...
- Göyçayda zəncirvari qəza: 6 nəfər xəsarət aldı
- Xırdalan-Sumqayıt qatarının hərəkəti bərpa olunur
- Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?
- Xocavənddə açıq ərazidə yanğın başladı
- Bu ölkə ilə viza rejimi ləğv oluna bilər