Azərbaycanda incəsənət olimpiadasının qalibləri ali məktəblərə imtahansız qəbul ediləcəklər.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələn ildən ölkədə incəsənət olimpiadası keçiriləcək:
"Elm və Təhsil Nazirliyi ilə əldə edilən razılığa əsasən, Uşaq İncəsənət Festivalı növbəti ildən incəsənət olimpiadası formatında keçiriləcək. Nəticədə qaliblər ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər".
- Sabah güclü külək olacaq - Xəbərdarlıq
- Nazir Rövşən Fətullayevi müdir təyin etdi
- Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...
- Göyçayda zəncirvari qəza: 6 nəfər xəsarət aldı
- Xırdalan-Sumqayıt qatarının hərəkəti bərpa olunur
- Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?
- Xocavənddə açıq ərazidə yanğın başladı
- Bu ölkə ilə viza rejimi ləğv oluna bilər