Etimad Başkeçidin ailəsinə qarşı kiberhücum

21:35 - 12 İyun 2026 - GÜNDƏM

 Etimad Başkeçidin ailəsinə qarşı kiberhücum

Azərbaycanlı yazıçı-jurnalist Etimad Başkeçid ailəsinin ciddi kibercinayətlə üz-üzə qaldığını iddia edir.

BUTA.TV” xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək aidiyyəti qurumlara müraciət ünvanlayıb.

Bildirib ki, hadisənin kökündə bacısı qızının keçmiş həyat yoldaşı tərəfindən edilən təqiblər dayanır:

“Bacım qızı vaxtilə Türkiyənin Qaziantep şəhər sakini olan İbrahim Turan adlı şəxslə ailə həyatı qurmuşdu və bu izdivacdan iki övladları var. Lakin həmin şəxsin narkotik aludəçisi olması səbəbindən ailə tamamilə dağılıb, rəsmi boşanma prosesi başa çatıb və bacım qızı övladları ilə birgə Azərbaycana qayıdıb”.

E.Başkeçid qeyd edib ki, hazırda hüquqi cəhətdən heç bir bağları olmayan həmin şəxs sosial şəbəkələrdə (xüsusilə “Facebook”da) ailəyə qarşı kibertəqib həyata keçirir, şantaj, ağır təhqir və böhtan xarakterli sistemli paylaşımlarla onların şərəf və ləyaqətini ləkələməyə çalışır.

E.Başkeçid hər iki ölkənin aidiyyəti orqanlarına müraciət edib:

“Türkiyə Respublikasının qanunvericiliyinə (TCK Maddə 125 - Təhqir və TCK Maddə 123/A - İnadkar təqib) əsasən açıq-aşkar cinayət törədən bu şəxs barəsində təcili hüquqi tədbirlərin görülməsini xahiş edirəm. Azərbaycan və Türkiyə arasındakı yüksək hüquqi-mədəni əlaqələrə güvənərək, məsələni rəsmi diplomatik nümayəndəliyin də diqqətinə çatdırıram”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol