Kəlbəcər rayonunda yerləşən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə bu gün ilk dəfə “Son zəng” çalınacaq.
“BUTA.TV” xəbər verir ki, bu günün ən diqqətçəkən məqamlarından biri isə məktəbin cəmi bir məzununun olmasıdır.
Azad Kəlbəcərin ilk məzunu olan Nəzrin Atakişiyeva bunun onun üçün böyük qürur mənbəyi olduğunu bildirib.
“Kəlbəcərin ilk və tək məzunu olmaq mənim üçün böyük qürur və məsuliyyətdir. Sinfin yeganə şagirdi olsam da, özümü heç vaxt tək hiss etmədim. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum.
Bu gün təkcə öz uğurumu deyil, Kəlbəcərin dirçəlişini və gələcəyinə olan inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə, bu uğur və ad unudulmayacaq. Mən həm də çox şanslıyam ki, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam”, – deyə o vurğulayıb.
Məzun məktəbdə keçirdiyi bir ili isə belə xarakterizə edib: “Bu bir il mənə doğma yurdumda oxumağın dəyərini və vətən sevgisinin əsl mənasını yaşatdı”.
Yunis Quliyev



- Emin Əmrullayev bu şəhərdə "Son zəng" mərasiminə qatıldı
- Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto
- Şuşada TDT ölkələrinin forumu başladı
- 18 yaşlı gənc ağır qəza törətdi: ölən var
- O məktəbdə ilk “Son zəng” təkcə onun üçün çalınacaq - Fotolar
- Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü - Anbaan görüntülər
- Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video
- Tramp Əraqçinin postunu paylaşdı - Foto