Nazirlikdən çimərliklərlə bağlı xəbərdarlıq - Video

10:39 - 13 İyun 2026 - GÜNDƏM

 Nazirlikdən çimərliklərlə bağlı xəbərdarlıq - Video

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.

Qurumdan BUTA.TV-a verilən məlumata görə, bəzi vətəndaşların çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etmədikləri bildirilib.

Nazirlik bu baxımdan əhalini təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Qeyd olunub ki, çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Bu xəbər hal-hazırda çox oxunur
Tramp da tarixi razılaşmanı elan etdi

Həmçinin bildirilib ki, çimərliyə gətirilən uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidirlər.

Məlumatda qızmar günəş altında fasiləsiz dayanmağın, hava qaraldıqdan sonra suya daxil olmağın sağlamlıq üçün təhlükəli olduğu vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol