Həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində müvafiq nəzarət və profilaktik tədbirlər davam etdirilir. Bununla yanaşı, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.
"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı, sürət həddinə ciddi riayət etməyi, təhlükəli ötmə və manevrlərdən çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.
Nəzərə alınmalıdır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli və intizamlı davranışından birbaşa asılıdır", - məlumatda vurğulanıb.
- Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video
- Buzovnada bir nəfər dənizdə batdı
- Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video