2025–2026-cı tədris ilinin başa çatması münasibətilə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, iyunun 13-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbində, Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd tam orta məktəblərində, həmçinin Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
Bildirilib ki, Ağdam şəhərində, eləcə də Xıdırlı və Kəngərli kəndlərində məskunlaşmadan sonra ilk dəfə “Son zəng” tədbirləri keçirilib.
Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbində keçirilən tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayıblar.
Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edərək məzunlara xoş arzularını çatdırıblar.
Tədbirlər bədii proqramlar və məzunların çıxışları ilə davam edib.
- Beş rayonda işıq olmayacaq
- Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir - Video
- Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video
- Buzovnada bir nəfər dənizdə batdı
- Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar