Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər. Bu, Prezident İlham Əliyevin iyunun 12-də təsdiqlədiyi "Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nda öz əksini tapıb. Sənəddə vurğulanır ki, mülki hava limanları Mülki Məcəllə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna və həmin qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.
BUTA.TV xəbər verir ki, ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Bakupost.az-a açıqlamasında sözügedən addımın ilk növbədə büdcəyə qənaət etmək baxımından vacib olduğunu bildirib.
“Azərbycanda regionlarda tikilən hava yollarının böyük əksəriyyəti boşdur. Bu aeroportlar Azərbaycan iqtisadiyyatına heç bir xeyir vermir. Əksinə, onların saxlanılmasına büdcədən əlavə vəsaitlər ayrılır”, - partiya sədri əlavə edib.
O hesab edir ki, hava limanları xarici şirkətlərə simvolik məbləğdə icarəyə verilməlidir:
“Bu hava limanlarını özəl şirkətlər böyük məbləğə icarəyə götürməyəcək. Ona görə də bu kimi obyektlər xarici şirkətlərə simvolik məbləğlə icarəyə verilməlidir”.
Ekspertin sözlərinə görə, bu həm büdcədən aeroportların saxlanılmasına xərclənən vəsaitə qənaət etməyə, həm də regionlara daha çox turistin gəlməsi və bilet qiymətlərinin tənzimlənməsinə səbəb ola bilər:
“Regionlardakı hava limanlarımızda daha ucuz reyslər olacaqsa, hətta insanlar Bakıdan belə həmin yerlərə gedərək, heç olmasa bir gün orada qalmaqla bölgə iqtisadiyyatının inkişafına da yardımçı olacaqlar. Bu nöqteyi-nəzərdən atılan addım həm daxili, həm də xarici turizmin inkşafını kifayət qədər sürətləndirəcək”.
- Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Olimpiya çempionu özünə toy edir - Foto
- Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu
- Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto
- Nazirdən 10 və 11-ci sinif şagirdləri bağlı yeni plan
- Zaqatalada iki nəfəri ilan sancdı, ölən var
- Hava limanları özəlləşdirilir: Kim qazanacaq?