Xameneinin dəfn tarixi açıqlandı

15:21 - 13 İyun 2026 - GÜNDƏM

 Xameneinin dəfn tarixi açıqlandı

Fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olan İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin vaxtı açıqlanıb.

BUTA.TV” xəbər verir ki, bu barədə İran dövlət televiziyası (IRIB) məlumat yayıb.

Məlumata görə, dövlət səviyyəli rəsmi vida mərasimləri iyul ayının əvvəlində reallaşacaq. Təqvimə əsasən, eks-lider üçün ilk cənazə mərasimi 4-5 iyul tarixlərində paytaxt Tehrandakı İmam Xomeyni Müsəlla məscidində keçiriləcək. Ardınca, iyulun 6-da Tehranda ikinci kütləvi vida mərasimi təşkil olunacaq.

Qeyd olunub ki, cənazə iyulun 7-də dini mərkəz sayılan Qum şəhərinə aparılacaq və burada növbəti mərasim keçiriləcək. İyulun 9-da isə Məşhəd şəhərində yekun vida mərasimi baş tutacaq. Xameneinin nəşi elə həmin gün Məşhəd şəhərində yerləşən İmam Rza türbəsinin daxilində onun üçün xüsusi olaraq hazırlanmış sahədə torpağa tapşırılacaq.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol