Qətər ölkə banklarında İrana məxsus dondurulmuş 24 milyard dolların taleyi ilə bağlı yaranmış danışıqlar böhranını aradan qaldırmaq üçün Tehrana ümumilikdə 12 milyard dollarlıq yeni maliyyə paketi təklif edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, rəsmi Tehran və Vaşinqton arasında dondurulmuş vəsaitlərin geri qaytarılması mexanizmi üzərində ciddi fikir ayrılığı yaranıb.
İran tərəfi aktivlərin yarısının memorandumun ilkin mərhələsində, qalan yarısının isə yekun razılaşma zamanı blokdan çıxarılmasını təklif etsə də, Amerika tərəfi bu şərtlə razılaşmayıb. Yaranmış dalandan çıxmaq üçün vasitəçi rolunda çıxış edən Qətər yeni planını dövriyyəyə buraxıb.
Rəsmi Dohanın təklif etdiyi yeni kompromis plana əsasən, 6 milyard dollar 2023-cü ildə (İranın mərhum Prezidenti İbrahim Rəisinin dövründə) əldə olunmuş çərçivə razılaşmasına uyğun olaraq, Qətər banklarında dondurulmuş İran aktivlərinin sərbəst buraxılması hesabına təmin ediləcək. Bu vəsait əvvəlki qaydada qüvvədə qalan məhdudiyyətlərə tabe olacaq və yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər.
Qeyd olunur ki, digər 6 milyard dolları isə Qətər İrana kredit və ya kredit xətti şəklində təqdim edəcək. Bildirilir ki, humanitar vəsaitdən fərqli olaraq, bu əlavə 6 milyard dollarlıq kredit xəttindən İran tərəfi tamamilə sərbəst şəkildə istifadə etmək hüququna malik olacaq.
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü
- Meysəridə alovlu duel - Barbekü manqala qarşı - Fotolar + Video
- Toylarda spirtli içkilər qadağan edilə bilərmi?
- Qətərdən İrana 12 milyard dollarlıq təklif - Danışıqlardakı böhran həll olunur?
- Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Olimpiya çempionu özünə toy edir - Foto
- Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto