Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.
"Ötən gün Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xəstəxanada Flora xanımı ziyarət etdi. Flora Kərimova Mehriban Əliyevaya minnətdarlığını bildirir. İki gün də xəstəxanaya geciksəydik, vəziyyəti pis ola bilərdi. Flora xanımın ürək və beyi ilə bağlı problemi var idi. Flora xanımın xəstəxanadan nə zaman çıxacağı hələ dəqiq məlum deyil”, - o bildirib.
- Buzovnada bir nəfər dənizdə batdı
- Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu