DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət

13:24 - 16 İyun 2026 - GÜNDƏM

 DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.

Bu barədə BUTA.TV-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər. Həmin şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Qeyd edək ki, mayın 17-də Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu səbəbdən bir sıra şəxslər imtahana iştirak edə bilməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol