Əsl adı Seyid Rəsul olan, sosial şəbəkələrdə “Həci Atəəə” ləqəbi ilə tanınan bloger növbəti dəfə maraqlı jesti ilə gündəmə gəlib.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, o, festival zamanı Prezidentin köməkçisi Anar Ələkbərov ilə görüşərək ona milli üslubda papaq hədiyyə edib.
Tədbir iştirakçılarının marağına səbəb olan görüş zamanı tərəflər arasında səmimi söhbət də baş tutub. Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, bu, Seyid Rəsulun Anar Ələkbərova etdiyi ilk hədiyyə deyil. Təxminən bir ay əvvəl Bulvar ərazisində keçirilən Caz və Şərab Festivalında da bloger Prezidentin köməkçisinə xatirə medalları təqdim etmişdi. Həmin görüş zamanı yaşanan səmimi dialoq və xoş atmosfer ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdı.
Sözügedən görüntüləri təqdim edirik:
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq