Xaçmazın turizm bölgəsində sel sularının sıradan çıxardığı yolda təmir işlərinin son mərhələsinə başlanılıb.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, aprel-mart aylarında leysan yağışları nəticəsində yaranan sel suları rayonun İstisu qəsəbəsi ərazisində yolun çökməsinə səbəb olmuşdu. Həmin vaxtdan Nabrana gedənlər İstisu qəsəbəsinin içərisindən keçən, həmçinin Yalama istiqamətindəki alternativ yollardan istifadə edirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Xudat-Yalama avtomobil yolunun 60-cı kilometrliyindəki qəzalı vəziyyətin aradan qaldırılması üçün təmir-bərpa işləri görülüb. Yolun dağılan hissəsindəki köhnə suötürücü boru yenilənib. Yeni tikilən 14 metr uzunluğundakı suötürücü qurğunun hündürlüyü 2, eni 3 metrdir. Suötürücü borunun ətrafı möhkəmləndirildikdən sonra yolun dağılan hissəsinə yeni asfalt döşənəcək.
Təmir-bərpa işlərinin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulub.
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq