Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Qəza-xilasetmə əməliyyatlarının aparılması” mövzusunda təlim keçirib.
BUTA.TV xəbər verir ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi, baş verə biləcək fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması olub
Təlim zamanı Bakı Regional Mərkəzinin xilasedicilərinin şərti olaraq axtarış-xilasetmə tədbirlərində iştirak etmək üçün hazırlıq vəziyyətinə gətirilməsi, şərti hadisə yerindəki vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, “zərərçəkmişlərin” xilas edilməsi, ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib.
Təlim zamanı təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.
Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.
- Prezident onları təltif etdi
- Bakı–Şımkent reysi əməkdaşlıq üçün yeni imkanlar açır - Adilxanov
- "Bakcell"in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başladı
- Samir Nuriyev Ağdərədə mühüm iclas keçirdi
- Kevin Medina “Qarabağ”dan getdi - Rəsmi
- Prezident sərəncam imzaladı
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq