Bakı–Şımkent–Bakı birbaşa aviareysinin açılması Azərbaycanla Qazaxıstan arasında turizm və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Teleqraf-ın Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şımkent şəhərinin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənayelər İdarəsinin rəhbəri Beksultan Adilxanov turizm operatorları ilə görüşdə deyib.
Onun sözlərinə görə, yeni aviareys iki ölkə arasında qarşılıqlı turist axınının artmasına əlavə imkanlar yaradacaq.
B.Adilxanov bildirib ki, Şımkent Qazaxıstanın ən böyük və tarixi şəhərlərindən biridir, hazırda burada turizm infrastrukturu sürətlə inkişaf edir:
“Şəhərdə 170-ə yaxın yerləşdirmə obyekti fəaliyyət göstərir və yaxın vaxtlarda yeni beşulduzlu hotelin istifadəyə verilməsi nəzərdə tutulur”.
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq