Bakı–Şımkent arasında birbaşa aviareysin açılması iki şəhər arasında birgə turizm marşrutlarının formalaşdırılmasına imkan yaradacaq.
BUTA.TV xəbər verir ki, bunu Şımkent şəhərinin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənayelər İdarəsinin rəhbəri Beksultan Adilxanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni reysin istifadəyə verilməsi Şımkent və Bakı arasında əlaqələrin inkişafına əlavə təkan verəcək:
“Bu məqsədlə bu gün turizm operatorları və agentlikləri bir araya gəlib. Tərəflər arasında müvafiq memorandum və əməkdaşlıq sənədləri imzalanıb. Həmin razılaşmalar çərçivəsində birgə turizm marşrutlarının hazırlanması nəzərdə tutulur”.
B.Adilxanov qeyd edib ki, birbaşa hava əlaqəsi turist axınının artmasına müsbət təsir göstərəcək:
“Turistlər səyahət istiqaməti seçərkən ilk növbədə birbaşa uçuşların mövcudluğuna diqqət yetirirlər. Bu isə səfərləri daha rahat edir və qarşılıqlı turist mübadiləsinin artmasına şərait yaradır”.
İdarə rəsmisi əlavə edib ki, turizmlə yanaşı, digər sahələrdə də əməkdaşlıq imkanları mövcuddur:
“Şımkent Cənubi Qazaxıstan regionunun əsas mərkəzlərindən biridir və şəhər ətrafında təxminən 5 milyon nəfər yaşayır ki, bu da müxtəlif birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır”.
- Çağırışçıların tibbi müayinələri bu kateqoriyalar üzrə aparılır
- Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşınıb
- Onlar “Dəmirli”də görülən işlərlə tanış oldular - Foto
- Bakıda əməliyyat: saxlanılan var - Video
- Anar Bağırov bir vəkili kollegiyadan çıxardı
- 16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
- Şımkent və Bakı arasında birgə turizm marşrutları hazırlanacaq
- Azərbaycanda məktəblər sürətlə bağlanır - Səbəb