Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan 6700 şəxsi 281 min reabilitasiya vasitəsi ilə təmin edib.
BUTA.TV xəbər verir ki, qeyd olunan reabilitasiya vasitələrindən 652-si təkərli oturacaq (o cümlədən 13-ü mühərrikli təkərli oturacaq), 977-si aşağı və yuxarı ətraf protezi, 1700-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 3310 cüt protez və ortopedik ayaqqabı, 545 eşitmə aparatı, 110 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq