Vətəndaşlar su obyektlərindən sərbəst istifadə edə bilərlər.
BUTA.TV xəbər verir ki, bu barədə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Bildirilib ki, xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur.
“Su obyektlərindən ümumi istifadə isə hər bir vətəndaşın hüququdur. İnsanlar çimərlikdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər”.
Məlumatda qeyd olunur ki, torpaq sahibləri də müəyyən hallarda öz ehtiyacları üçün yeraltı sulardan istifadə edə bilərlər:
“Bundan əlavə, torpaq sahibləri mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə öz ehtiyaclarını təmin etmək məqsədilə torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə etmək üçün quyu qaza və istismar edə bilərlər”.
Dövlət Xidməti vurğulayıb ki, şəxsi təsərrüfat məqsədilə sudan istifadəyə görə icazə və ödəniş tələb olunmur:
“Vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün icazə almasına və hər hansı ödəniş etməsinə ehtiyac yoxdur”.
- Keçmiş vəkil ev dustaqlığına buraxılmadı
- Bakının ən təmiz çimərlikləri açıqlandı
- 19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video
- Quzularını qurda tapşırsa, heç belə olmazdı - 700 minlik yeyinti...
- Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- “Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
- Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi