Neftçalada GES tikintisinə icazə alınması müddəti uzadıldı

16:45 - 19 İyun 2026 - GÜNDƏM

 Neftçalada GES tikintisinə icazə alınması müddəti uzadıldı

Nazirlər Kabineti bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında qərar qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin "Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinəaid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" 16 aprel 2024-cü il tarixli qərarı ilə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının (GES) tikintisinə icazə alınmasının müddəti "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq 1 il müddətinə uzadılıb.

Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol