Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov , Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin sonuncu məhkəmə prosesi baş tutub.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Valeri Dulov 4 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqlini 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Rusiya vətəndaşı olan Sergei Sofronov tamah niyyəti ilə həmin ölkənin vətəndaşları Dmitrii Bezuglyi, Aleksey Vasilçenko, Valeri Dulov, Anton Draçev, Dmitri Fedorov, Boris Timaşov, İlya Bezuqli və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə maddələrlə) yekun ittiham irəli sürülüb.
- Üçtərəfli Komissiya növbəti iclasını keçirdi
- Məzunları imtahanda ən yüksək nəticə göstərən ali məktəblər
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Azərbaycanda işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır...
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi