Bu istiqamətdə yeni marşrut açılır: Gedişhaqqı 1,30 manat...

20:06 - 19 İyun 2026 - GÜNDƏM

 Bu istiqamətdə yeni marşrut açılır: Gedişhaqqı 1,30 manat...

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi - "Sahil" metrostansiyası istiqamətində sərnişin ehtiyaclarının qarşılanması və xidmət səviyyəsinin artırılması üçün 149E nömrəli ekspres marşrutu sınaq rejimində işə salınır.

Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

İyunun 22-dən etibarən 6 ədəd "Neoplan" markalı avtobus qəsəbəni metronun "Sahil" stansiyası ilə birləşdirəcək.

Marşrutun iş qrafiki sərnişin axınının sıx olduğu saat aralıqlarına uyğun şəkildə təyin olunub. Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqəlik interval ilə hərəkət edərək sərnişinlərə xidmət göstərəcək.

Marşrut üzrə gedişhaqqı 1,30 manat olaraq müəyyənləşdirilib.

149E nömrəli ekspres marşrutunun dayanacaq məntəqələri aşağıdakı kimi təyin edilib: "Sahil" metrostansiyası, Dövlət Bayrağı Meydanı, "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol