"Dr.Gülü" kimi tanınan Gülbadə Abdullayevadan yenidən şikayət var.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, pasiyent Babayeva İnci Həsən qızı "Büllur" klinikasında üzgərdirmə əməliyyatından sonra problemlərlə rastlaşdığını bildirib.
Onun sözlərinə görə, Gülbadə Abdullayevanın əməliyyatından sonra üz sinirləri zədələnib, ağrıları güclənib. İ.Babayeva həkimin qəbuluna düşə bilmədiyini deyir. O, əməliyyatdan sonra üz tikişlərinin ümumiyyətlə bağlanmadığını bildirib.
Qeyd edək ki, diplomu və lisenziyası olmayan Gülbadə Abdullayeva "estetik cərrah" kimi fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. "Dr Gülü " kimi tanınan G.Abdullayeva xəstələrin üzərində qeyri-etik hərəkətləri ilə də tanınır. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, hələ ki heç bir hüquqi addım atılmayıb.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama