2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunub.
Qeyd olunub ki, onların sonrakı təhsil taleyi barədə rəsmi məlumat mövcud deyil.
"2025-ci ildə orta məktəbi bitirən şagirdlərin təxminən 10 faizi təhsilini ali və ya orta ixtisas təhsili səviyyəsində davam etdirməyib. Onların 70 faizini oğlanlar, 30 faizini isə qızlar təşkil edir.
Həmin il 11-ci sinfi bitirən məzunlar 2014-cü ildə birinci sinfə qəbul olunan şagirdlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkə üzrə 146 min 62 nəfər birinci sinfə qəbul olunub. 2023-cü ildə isə 9-cu sinfi 144 min 875 şagird bitirib. Həmin il keçirilən buraxılış imtahanında 143 min 406 şagird iştirak edib, 1 469 şagird isə müxtəlif səbəblərdən imtahanda iştirak etməyib", - deyə bildirilib.
- İnfantinonu təndiq edən yüksəkvəzifəli şəxs işdən çıxarıldı
- Ev almaq istəyənlərin diqqətinə: Bu tarixləri gözləyin!
- Kamilə Babayevaya ağır itki
- DİM sədri ixtisas seçimindən yazdı: Özünüzə bu 5 sualı verin
- 6 nəfərin öldüyü hadisə yerindən - Görüntülər
- İki məktəb direktoru işdən çıxarıldı - Səbəb
- DİM-dən 700-ə yaxın şəxsə xoş xəbər
- Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi