2025-ci ilin 9-cu siniflər üçün buraxılış imtahanlarının təhlili göstərir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər var.
BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında dərc olunub.
Məlumata görə, imtahan verən 9-cu sinif şagirdlər arasında 6 nəfərin oxuyub-yazmağı bacarmadığı aşkarlanıb.
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarının hərəsində 1 nəfər", - məlumatda qeyd edilib.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama