Zaqatalada su hovuzunu təmir edən 32 yaşlı kişi ağır yanıq xəsarəti alıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.
32 yaşlı Taleh İdrisov yaşadığı ünvanda su hovuzunda təmir işləri aparan zaman təbii qazdan istifadə edib. Təbii qazla ehtiyatsız davranan Taleh İdrisov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, lazımi tibbi yardım göstərilib, ona gövdənin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.
Taleh İdrisovun vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birini göndərilib.
Faktla bağlı araşdırma aparılır.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama