Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib

20:24 - 21 İyun 2026 - GÜNDƏM

 Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib

Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.

BUTA.TV” xəbər verir ki, favoritlərdən İspaniya bu gün ikinci oyununa çıxacaq.

Onlar Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.

Dünya çempionatı

İkinci tur

20:00. İspaniya - Səudiyyə Ərəbistanı

***

Komandaların start heyətləri bəlli olub:

İspaniya: Unai Simon, Mark Kukurelya, Aymerik Laport, Pau Kubarsi, Markos Lyorente, Rodri, Pedri, Fabian Ruiz, Aleks Baena, Mikel Oyarzabal, Lamin Yamal.

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Oveys, Həsən Əl-Tambakti, Əli Əl-Amri, Səud Əbdülhəmid, Mətin Əl-Hərbi, Məhəmməd Kanno, Musab Əl-Xaybari, Musab Əl-Cüvayr, Salem Əl-Davsari, Firas Əl-Şamat, Firas Əl-Bureykan

***

Matç başladı.

***

Lamin Yamal 11-ci dəqiqədə İspaniyanı önə çıxarır.

***

21-ci dəqiqədə Mikel Oyarzabal fərqlənir.

***

Mikel Oyarzabal 24-cü dəqiqədə dublunu rəsmiləşdirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Mark Kukurelyanın zərbəsindən sonra top Hassan Altambaktiyə dəyərək, qapıya daxil olur. 4:0.

***

90+2-ci dəqiqdə Ferran Torres fərqlənməyə çalışsa da, ofsayd səbəbindən qol qeydə alınmır.

***

Matç İspaniyanın 4:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da ispanlar 4 xalla H qrupunun lideridirlər. “Qırmızılar” iyunun 27-də Uruqvayla qarşılaşacaqlar. Həmin gün Səudiyyə Ərəbistanı isə Kabo-Verde ilə münasibətlərinə aydınlıq gətirəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol