Mingəçevirdə ölümlə nəticələnən dava olub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 22-də gecə saatlarında kafelərdən birinin qarşısında baş verib.
Şəhər sakini, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.
Məlumata görə, Tural Bəhrəmli Rafiqin qızını sevib. Lakin Rafiqin ailəsi qızı ona verməyib. Tural isə sevdiyi qızın qarşısını kəsərək, onu qaçıracağını bildirib.
Həmin gün kafedə ad günü məclisində olan Rafiqə bu barədə məlumat çatıb və o, Turalı kafeyə çağırıb.
Hadisə yerinə gələn Turalla Rafiq arasında mübahisə yaranıb. Mübahisə kafenin qarşısında da davam etdirilib.
Nəticədə Rafiq Turalı yumruq və təpik zərbələri ilə ölümcül döyüb.
Hadisəyə ad günündə iştirak edən şəxslər müdaxilə edib və Turalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Tural xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rafiq Məmmədov saxlanılıb.
- Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü
- Bakıda ölümə gedən piyadalar – Video
- Fuad Nəcəfli haqda şok: Yeni vəzifə verilir?
- Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
- Sosial yardımlar alanların nəzərinə!
- Ölkə əhəmiyyətli memarlıq abidəsinə ziyan vuruldu – Foto
- “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
- Əliyev həmkarını qarşıladı - Fotolar