Bir qəpiyə satılan yumurtalar saxta olub? - Rəsmi açıqlama

13:42 - 22 İyun 2026 - GÜNDƏM

 Bir qəpiyə satılan yumurtalar saxta olub? - Rəsmi açıqlama

Azərbaycanda yumurta qiymətlərinin kəskin düşməsi ilə bağlı bir sıra KİV-də, həmçinin sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddialar yayılıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, bu sıraya yumurtaların köhnə, yaxud süni olmasına dair iddialar da aiddir:

"Ölkəmizə xaricdən ərzaqlıq yumurta idxal olunmur".

Bu xəbər hal-hazırda çox oxunur
Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan istehsalçıları yumurtaya olan daxili tələbatı artıqlaması ilə təmin edirlər:

"Ölkəmizdə yumurta istehsalı tələbatdan yüksək olduğuna görə son günlər qiymət düşməsini müşahidə edirik. Bu halda, xaricdən, özü də süni yumurtanın idxalı absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır? Sıfır qiymət ona görə deyirəm ki, idxal edilib pərakəndə satışa 1-3 qəpiyə çıxarılan yumurtanı pulsuz almalısan ki, satışa 1 və ya 3 qəpiyə çıxarasan. Azərbaycanın özündə isə süni yumurta istehsalı texnologiyası mövcud deyil.

Hesab edirik ki, belə iddialar məqsədyönlü şəkildə, sırf yerli quşçuluq təsərrüfatlarının işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə cəmiyyətə ötürülür. Təəssüf ki, bəzi KİV, saytlar da onu yayımlayır".

M.Həsənli bir daha vurğulayıb ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir, süni, yaxud xaricdən idxal olunacaq yumurtalara ehtiyac yoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol