2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2 059 manata çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur. Onların 31,4 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali–3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifat, 12,4 faizi 5-ci təsnifat, 8,7 faizi 6-cı təsnifat, 44,2 faizi 7-ci təsnifat, 23,2 faizi isə yardımçı vəzifələr üzrə çalışıb.
Qulluq stajına görə dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1–5 il, 23,6 faizi 5–10 il, 18,8 faizi 10–15 il, 27,4 faizi isə 15 il və daha çox staja malik olub.
Yaş bölgüsündə dövlət qulluqçularının 3 faizi 25 yaşadək, 11,6 faizi 25–29 yaş, 18 faizi 30–34 yaş, 16,7 faizi 35–39 yaş, 13,3 faizi 40–44 yaş, 10,5 faizi 45–49 yaş, 8,1 faizi 50–54 yaş, 7,5 faizi 55–59 yaş, 9,2 faizi 60–64 yaş, 2,1 faizi isə 65 və yuxarı yaş qrupunda olub.
- Ağdamda qazıntı zamanı skelet qalıqları aşkarlandı
- İyunun 25-də imtahan verəcək şəxslərin nəzərinə
- Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
- Bakıda 330 kq çəkisi olan kişi evdən belə çıxarıldı - Video
- Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
- Sabah bu rayonlarda qaz olmayacaq
- 34 il sonra ona eyni sualı verdi - Cavab dəyişməzdir!
- Bu müəllimlərin maaşı artacaq - Nazir