200 balla qəbul olunan ixtisaslar bəlli oldu

00:03 - 23 İyun 2026 - GÜNDƏM

 200 balla qəbul olunan ixtisaslar bəlli oldu

2025-ci ilin qəbul nəticələri bəzi ixtisaslara 200 bala yaxın nəticə ilə qəbulun mümkün olduğunu göstərib.

BUTA.TV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunan "2025-ci il tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar"da məlumat verilib.

Dövlət sifarişi üzrə ən aşağı keçid ballarından biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Maşın mühəndisliyi" ixtisasında qeydə alınıb. Burada minimal keçid balı 200,3 olub.

Bakı Mühəndislik Universitetində eyni ixtisas üzrə keçid balı 200,6, Milli Aviasiya Akademiyasında "Materiallar mühəndisliyi" ixtisasında isə 201 bal təşkil edib.

Bu xəbər hal-hazırda çox oxunur
Fuad Nəcəfli haqda şok: Yeni vəzifə verilir?

II ixtisas qrupunda isə ən aşağı keçid balları turizm bələdçiliyi ixtisaslarında formalaşıb. Mingəçevir Dövlət Universitetində bu göstərici 214,7, Qarabağ Universitetində isə 214 bal olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol