Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) “Mədəniyyət” kanalının direktoru Dilarə Səlimin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.
“BUTA.TV”nun məlumatına görə, bildirilib ki, onun yerinə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.
Dilarə Səlim AzTV-dən ayrılmasına dair yayılan məlumata münasibətini bildirib: “Mənim “Mədəniyyət” kanalından ayrılmağım yalandır. Bu barədə heç bir qərar verilməyib.
Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir, qeyri-peşəkarlıq və məsuliyyətsizlikdir”.
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq