Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 55-65 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 25-28° isti olacaq.
- DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi
- Zakir Fərəcov bu alman şəhərinin meri ilə görüşdü - Foto
- Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı
- Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
- Bakıda qanlı dava: İki ayağından bıçaqlandı
- Ağdərədə ağır qəza: yaralılar var
- Sabahın hava proqnozu açıqlandı
- Yağış, dolu, duman, 32° isti - Sabahın havası