Bakıda qanlı dava: İki ayağından bıçaqlandı

13:27 - 28 İyun 2026 - KRİMİNAL

 Bakıda qanlı dava: İki ayağından bıçaqlandı

Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin binasının qarşısında qeydə alınıb.

Məlumata görə, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Zakir oğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.

Hücum zamanı hər iki ayağından bıçaq xəsarəti alan Ş.Ramazanov dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol