Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı

14:03 - 28 İyun 2026 - GÜNDƏM

 Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı

İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə 27 iyun 2026-cı il tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada keçirilməsi planlaşdırılan ümumi fiziki hazırlıq imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb.

Dövlət İmtahan Mərkəzindən “BUTA.TV”ya verilən məlumata görə, həmin imtahan 7 iyul tarixində Azərbaycan İdman Akademiyasında keçiriləcəkdir.Abituriyentlər imtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidir.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gecə hər ikisi meydana çıxacaq

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol