DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi

15:15 - 28 İyun 2026 - GÜNDƏM

 DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi

Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.

DİM-dən BUTA.TV-a verilən məlumata görə, imtahan Mərkəzin elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 256 namizəd iştirak edib. Nəticələrə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 119 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gecə hər ikisi meydana çıxacaq

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 29 – 30 iyun və 1 iyulda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol