Berlində vəziyyət o həddə çatıb ki, bu yola əl atırlar - Video

15:33 - 28 İyun 2026 - GÜNDƏM

 Berlində vəziyyət o həddə çatıb ki, bu yola əl atırlar - Video

Avropada anomal istilər davam edir.

BUTA.TV” xəbər verir ki, bir sıra ölkələrdə temperatur rekord həddə çatıb.

Almaniyanın Meteorologiya Xidmətinin məlumatına görə, ölkədə ilkin rekord Saksoniya-Anhalt əyalətinin Mökern-Drevitz bölgəsində qeydə alınıb.

Burada havanın temperaturu 41,5 dərəcəyədək yüksəlib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gecə hər ikisi meydana çıxacaq

Hətta, vəziyyət o həddə çatıb ki, şəhər polisi suçiləyən maşınlarla əhaliyə yardım göstərib.

Fransada da güclü istilər səbəbindən yeni temperatur rekordları qeydə alınıb. Ölkənin bir sıra bölgələrində termometrlər 40 dərəcəni ötüb. Meteoroloqlar bu göstəricilərin iyun ayı üçün rekord səviyyəyə yaxın olduğunu bildirirlər.

Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq edərək bildirib ki, davam edən isti hava dalğası insanların sağlamlığına, kənd təsərrüfatına və ekosistemə ciddi mənfi təsir göstərə bilər. Bir sıra ölkələrdə meşə yanğınları riskinin də artdığı qeyd olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol