Mərhum Əməkdar artist, Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib.
“BUTA.TV” xəbər verir ki, aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib.
İlkin məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Mərhum dünən Gəncədəki “İmamzadə” ziyarətgah kompleksində torpağa tapşırılıb.
O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın qardaşıdır.
Elxan Bayramov ailəli olub, 3 övladı yadigar qalıb.
Yunis Quliyev

- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı
- Tünzalə Əliyevanın qardaşı vəfat etdi
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
- 64 yaşlı kişi Həkəridə batdı