Naxçıvanda baş verən ağır yol-nəqliyyat hadisəsi bir ailənin faciəsi ilə nəticələnib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə Naxçıvan–Sədərək magistral yolunun Şərur rayonunun Püsyan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
68 BC 455 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 68 BB 655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.
Qəza zamanı həlak olan Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənovun eyni ailənin üzvləri olduğu bildirilib.
Hadisə nəticəsində ailənin digər övladı İnci Həsənova, eləcə də digər avtomobildə olan Rəşad Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video
- Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
- “AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi
- "Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama